Samsung şirkətinin AR eynəyinin patent fotosu ortaya çıxdı

Samsung şirkətinin AR eynəyinin patent fotosu ortaya çıxdı
08:17 26 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

İnternetdə Samsung şirkətinin AR eynəyinin patenti ortaya çıxıb. Həmin patentdə şirkətin AR eynəyinin sxematik fotosu əks olunub. Milli.Az technote.az-a istinadən bildirir ki, AR eynəyin  hər bir linzası holoqrafik ekrana sahib olacaq. Bu il Samsung və Google da daxil olmaqla bir çox smartfon istehsalçısı VR cihazların istehsalını dayandırdı. Məsələn Samsung-un Galaxy Note 10 smartfonu Gear VR-ı dəstəkləməyən ilk model oldu.

    Google Pixel 4 modellərində isə Google Daydream VR-ın dəstəyi dayandırıldı. Lakin Samsung şirkəti VR-dan AR-ə keçid etdi. Beləliklə şirkət AR cihaz üzərində çalışır. Qeyd etmək lazımdır ki, AR cihaz üzərində təkcə Samsung şirkəti çalışmır. Belə ki, hələ bir neçə müddət bundan öncə məşhur anaitik Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkəti də özünün AR cihazı üzərində çalışır və onu 2020-ci ildə təqdim etməyi planlaşdırır. Samsung şirkətinin isə AR eynəyi barəsində hansısa bir təfərrüat hələki yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/797019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR