Lənkəranda məktəbin həyətində həmyerlisini döyən gənc saxlanılıb

Lənkəranda məktəbin həyətində həmyerlisini döyən gənc saxlanılıb
09:47 26 Oktyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərindən ötən ay həmyerlisini döyən şəxs saxlanılıb.
“Report”un xəbərinə görə, hadisə sentyabrın 9-da şəhərin xarici dillər təmayüllü “Gimnaziya” məktəbinin həyətində baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Azər Ağayev məktəbinin həyətində olan zaman tanımadığı şəxs daş parçası ilə onu başından vurub. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt üzrə Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin istintaq zamanı A.Ağayevi döyən şəxsin Lənkəran şəhər sakini, 2000-ci il təvəllüdlü Saleh Bəhrəmov olduğu müəyyən edilib və o, saxlanılıb.
Oktyabrın 25-də S.Bəhrəmovun barəsində CM-nin 128-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-mektebin-heyetinde-hemyerlisini-doyen-genc-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR