Bakı sakininin 87 min manatını alan dələduz qadına AĞIR CƏZA

Bakı sakininin 87 min manatını alan dələduz qadına AĞIR CƏZA
16:49 16 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Simuzər İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının qərarı ilə Simuzər İbrahimova 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Qeyd edək ki, 2012-ci ilin sentyabr ayında özünü Nilufər kimi təqdim edən Simuzər İbrahimova Bakı şəhər sakini Nurəngiz Hüseynzadənin etibarından sui istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dolları alıb qaytarmayıb.

Nəsimi Rayon Polis İdarəsi (RPİ) 20-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dəluduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova (Nilufər) tutulub.

 

Simuzər İbrahimovaya Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR