ABŞ və “Microsoft” arasında 10 milyard dollarlıq müqavilə imzalandı

ABŞ Müdafiə Nazirliyi “Microsoft” şirkətini 10 milyard dollar həcmində keçirilən tenderin qalibi elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib. Qeyd olunub ki, müqavilə on il üçün nəzərdə tutulub. “Microsoft” müqaviləyə əsasən bütün işləri görəcəyi təqdirdə 10 milyard dollar qazanacaq.

Müqaviləyə əsasən “Microsoft” şirkəti məlumatların saxlanılması üçün virtual “bulud” infrastrukturu yaradacaq.

Qeyd edək ki, Amazon şirkəti də müqavilə üzrə tenderdə iştirak edib.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR