Altay diyarında iki avtomobil toqquşdu: 8 ölü

Altay diyarında iki avtomobil toqquşdu: 8 ölü
12:52 26 Oktyabr 2019
104 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Altay diyarında miniven və mikroavtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı səkkiz nəfər həlak olub, beş nəfər yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, qəza yerli vaxtla saat 07:50-də Topçixa rayonu ərazisində Barnaul-Rubtsovsk avtomobil yolunun 74-ci kilometrində qeydə alınıb. "Nissan Presage" markalı avtomobilin sürücüsü idarəetməni itirib və miniven qarşı yola çıxaraq əks tərəfdən gələn "Fiat Ducato" mikroavtobusu ilə toqquşub. İlkin məlumata əsasən, hadisə zamanı iki avtomobildə ümumilikdə 16 nəfər olub.

Regionun Səhiyyə Nazirliyinin mətbuat-xidmətinin məlumatına görə, həkimlər qəza nəticəsində xəsarət alan beş nəfərin vəziyyətini ağır qiymətləndirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/797371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR