Yaponiyada sel fəlakəti: 10 ölü

Yaponiyada sel fəlakəti: 10 ölü
14:23 26 Oktyabr 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyada şiddətli yağışlar hökm sürür.

Publika.az xəbər verir ki, yaranan sel və torpaq sürüşmələri nəticəsində ən az 10 sakin həlak olub.

Kyodo agentliyinin informasiyasına görə, Çiba və Fukuşima bölgələri yağışdan ən çox zərər görən əyalətlərdir.

Şiddətli yağışlar nəticəsində 15 çay daşıb, 800 insan təxliyə edilib, 1200 şagird məktəblərdə köməksiz qalıb.

Çiba bölgəsindəki Narita Beynəlxalq Hava limanı uçuşları dayandırıb. Metro və qatar səfərləri ləğv olunub. 3 min insan gecəni hava limanında keçirib.

Bəzi xəstəxana və sığınacaqlar su altında qalıb.

Yaponiya Meteorologiya Agentliyi cümə günü İçihara şəhərinə 12 saat içində280 kub-millimetr yağış düşdüyünü açıqlayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/294243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR