Çeçenistanda Rusiya çempionatının oyunu zamanı kütləvi dava düşüb

Çeçenistanda Rusiya çempionatının oyunu zamanı kütləvi dava düşüb
15:02 26 Oktyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Gənclər Liqasında XIV turun "Axmat" - "Arsenal" matçı zamanı kütləvi dava düşüb.
"Report"un məlumatına görə, insident Çeçenistanın paytaxtı Qroznıda təşkil olunmuş qarşılaşmanın 38-ci dəqiqədə Tula klubunun oyunçusunun kobud oyunundan sonra yaşanıb. Ona sarı vərəqə göstərilsə də, Qroznı komandasının futbolçuları bu cəzanı yüngül sayıblar və qaydanı pozan oyunçu ilə özləri haqq-hesab çəkməyi qərara alıblar. Davaya ehtiyat oyunçular skamyasındakılar da qoşulublar. Nəticədə baş hakim meydan sahiblərinin 2, qonaqların 1 oyunçusunu meydandan qovub.
Qeyd edək ki, görüş "Arsenal"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

pic.twitter.com/uJ0sfMumUL— 42live (@hiispiir) October 26, 2019


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cecenistanda-oyun-zamani-kutlevi-dava

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR