Milyarderdən bədbin proqnoz

Milyarderdən bədbin proqnoz
16:51 16 Yanvar 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

OPEK və Səudiyyə Ərəbistanının neft hasilatının azaldılmayacağı barədə bəyanatlarına əsaslanaraq demək olar ki, dünya bazarında neftin qiyməti 25 dollaradək düşə bilər. Bunu "Lukoyl"un prezidenti Vahid Ələkbərov bildirib.

ANS PRESS-in məlumatına görə o, Qaydar Forumunda çıxışı zamanı diqqətə çatdırıb ki, bu qısamüddətli enmə olacaq. Proqnoza əsasən, neftin qiyməti ilə bağlı tərəddüdlər ilboyu davam edəcək.

Bu ilin dekabrın sonunda neftin qiyməti 2015-ci ilin sonunadək 80 dollaradək qalxacağını proqnozlaşdırılırdı. Hərçənd 2014-cü ilin yayından başlayaraq neftin qiyməti iki dəfədən çox düşdü və Brent markalı neftin qiyməti yeni ilin başlanğıcında 45 dollara yaxınlaşıb.

Rusiya hökuməti yanında Analitik Mərkəz rəhbərinin əsas məsləhətçisi Leonid Qriqoryev "Xəzəryanı beş ölkə neftin qiymətinə təsir göstərə bilərmi" sualına belə cavab verib: "Qazaxıstanın, Azərbaycanın, İranın, Rusiyanın və Türkmənistanın neftlə bağlı qiymət siyasətinə təsir etmək gücü ağlasığmazdır. Bunlar böyük həcm təşkil etmir. Bu ölkələrdə neft ancaq daxili ehtiyaclar üçün kifayətdir. Amma ixrac üçün hasilat kiçik həcmdədir. Qiymətləri nizama salmaq üçün gündə 1 milyon barel hasilatı azaltmaq lazımdır. Bunu beş ölkə üzrə toplasaq təqribən hasilatın 20%-dək azalması deməkdir. Məncə, bu, qeyri-realdır."

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=320108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR