Salyanda maşın aşdı, ata və oğul yaralandı

Salyanda maşın aşdı, ata və oğul yaralandı
17:17 26 Oktyabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda iki nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon Aranlı kənd sakini, 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilini aşırdıb.

Nəticədə A.Fətullayev və oğlu 1996-cı il təvəllüdlü Fətullayev Əlı Ağamusa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Səlyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, A.Fətullayevin vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/797421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR