Uşaqlarda ağız qoxusunun SƏBƏBLƏRİ

Uşaqlarda ağız qoxusunun SƏBƏBLƏRİ
22:22 26 Oktyabr 2019
139 Maraqlı
Ölkə mətbuatı
A- A+

Uşaqlarda ağız qoxusu anaların çox narahatlığına səbəb olan bir əlamətdir. Əsas səbəbləri diş, diş əti, damaq problemləri ilə əlaqəli olur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-pediatr Günay Rəsulova açıqlayıb. Onun sözlərinə görə, üst tənəffüs yolu xəstəlikləri, boğaz infeksiyaları, burun və burunətrafı ciblərin iltihabı, ağciyər, mədə, qida borusu və reflyuks xəstəliyi, bəzi metobolik problemlər zamanı da uşağın nəfəsindən xoşagəlməz qoxu gələ bilər.

Pediatr bildirib ki, bundan başqa, allergik xəstəliklər, allergik rinitə bağlı burun tıxanıqlıqlarında uşaq ağızla nəfəs aldığı üçün, ağız quruluğuna bağlı xoşagəlməz qoxu əmələ gəlməyə başlayır: "Körpələrdə yeyilən qidalar diş səthi, dilin arxası və badamcıqlar üzərində toplanıb qaldığında ağız boşluğunda bakteriyaların bu qidaları parçalayaraq sülfürlü birləşmələr əmələ gətirir və ağızda pis qoxu əmələ gəlir. Uşaqlarda burunda qalan yad cisim də qoxu yaradır.

Uşaqlarda metobolizm sürətli getdiyi üçün gün ərzində mayeyə tələbat da yüksəlmiş olur. Bol maye qəbul etmədikdə ağız boşluğunda quruluq və pis qoxu əmələ gəlməyə başlayır. Uşaqların qəbul etdiyi bəzi dərman preparatları da (allergiya əleyhinə dərmanlar) ağız quruluğuna bağlı pis qoxu əmələ gəlməsinə səbəb olur. Uşaqların uzun müddət istifadə etdiyi əmzik və yemək şüşələri də ağız boşluğunda bakteriyaların artıb çoxaldır, bu da pis qoxu yaradır. Ona görə də əmzik və yemək şüşələrini tez-tez dəyişdirmək lazımdır.

Uşaqlarda qida borusu və mədə arasında məsafə qısa olduğundan qidalar asanlıqla qida borusuna geri qayıdaraq qoxuya səbəb olur. Bundan başqa, parazitar xəstəliklər, ağciyər problemləri, bəzi metabolik xəstəliklər, şəkər, qaraciyər və böyrək çatmazlığı da ağız qoxusunun az rast gəlinən səbəblərindəndir".

Həkim vurğulayıb ki, ağız qoxusunu önləmək üçün ağız gigiyenasına ciddi fikir vermək lazımdır. Dişlərlə yanaşı dilin səthi də hər qidalanmadan sonra təmizlənməlidir, bol maye qəbul etməklə ağız quruluğunun qarşısını almaq olar. Yuxarı tənəffüs yolu infeksiyaları və altda yatan yuxarıda sadalanan hər hansı bir problem varsa, mütləq pediatra müraciət etmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/796033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR