Donald Trampın qardaşı ittiham olunur - 33 milyon dollarlıq müqavilə ABŞ-ın gündəmindədir

Donald Trampın qardaşı ittiham olunur - 33 milyon dollarlıq müqavilə ABŞ-ın gündəmindədir
13:05 27 Oktyabr 2019
84 Dünya
Ölkə mətbuatı
A- A+

"The Washington Post" qəzetinin şənbə günü yaydığı xəbərə görə, prezident Donald Trampın qardaşı ilə əlaqəsi olan bir şirkət bu ilin əvvəlində 33 milyon dollarlıq hökumət müqaviləsi ilə mükafatlandırılıb. Bu olay ciddi narazılıqla qarşılanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qəzetin verdiyi məlumata görə, "US Marshals Service"in sifarişi prezident Trampın kiçik qardaşı Robert Trampa yaxın olan "CertiPath" şirkətinə çatıb. Bu şirkəti 2013-cü ildə qurulub.

"Prezidentin ən yaxın qohumlarından birinin bu sövdələşmədən maddi mənfəət əldə etməsi" iddiası ilə ABŞ Ədliyyə Baş İdarəsinin Baş Müfəttişliyinə şikayət ünvanlanıb. Şikayət Vaşinqtonda yerləşən hüquq firması tərəfindən təqdim olunub.

"CertiPath"ın prezidenti və qurucusu Jeff Nigriny qəzetə verdiyi açıqlamada deyib ki, Robert Tramp "CertiPath" şirkətində payı olan bir qurumun investorudur və yalnız passiv bir investor kimi tanınır, şirkətin idarə olunmasında heç bir rolu yoxdur: "Bizim şirkət heç bir vaxt cənab Trampın adından heç bir şəkildə istifadə etməyib və bu, bizim iş praktikamıza və etikamıza tamamilə ziddir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/797527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR