Ayxan Abbasov: "Diqqətsizlikdən qollar buraxdıq"

Ayxan Abbasov: "Diqqətsizlikdən qollar buraxdıq"
19:57 27 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

"Rəqibi təhlil etmişdik. Son vaxtlar yaxşı formada olduqlarını bilirdik. Ən çox da hücum xətti güclüdür. Onlara qarşı səhv etmək olmaz. İlk dəqiqələrdə qol vurduq, ancaq hissənin sonuna qədər hesabda geri düşdük. Diqqətsizlikdən qollar buraxdıq. Fasilədən sonra nəyisə dəyişmək istədik, ancaq yenə qapımızda toplar gördük".
"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"2:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, uğursuz oyunlar azarkeşlərə pis təsir edib: "Onları başa düşürəm və səbrli olmağı diləyirəm. Çalışacağıq ki, növbəti oyunlarda onları sevindirək".
Abbasov qış fasiləsinədək belə davam edəcəklərini söyləyib: "Çempionat ağır keçir. Növbəti oyunlara hazırlaşacağıq".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ayxan-abbasov-diqqetsizlikden-qollar-buraxdiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR