Bakıda avtomobil yolu keçən qadını vurub

Bakıda avtomobil yolu keçən qadını vurub
00:02 28 Oktyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
"VAZ-21015" markalı avtomobil yolu keçən Röya adlı qadını (soyadı dəqiqləşdirilir-red) vurub.
Hadisəni törədən Mirhəsən adlı sürücü (soyadı dəqiqləşdirilir-red) yaralını öz avtomobili ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırıb.
Yaralıya sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-yolu-kecen-qadini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR