100 min dollardan artıq pul mənimsəyən qadına hökm oxundu

16:57 16 Yanvar 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Simuzər İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Simuzər İbrahimova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2012-ci ilin sentyabr ayında özünü Nilufər kimi təqdim edən Simuzər İbrahimova Bakı şəhər sakini Nurəngiz Hüseynzadənin etibarından sui-istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dolları alıb qaytarmayıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova (Nilufər) tutulub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR