Aİ Ermənistana 77,5 milyon avro ayıracaq

Aİ Ermənistana 77,5 milyon avro ayıracaq
16:58 16 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Avropa İttifaqı (Aİ) Ermənistana islahatların aparılması üçün 77,5 milyon avro məbləğində yardım ayıracaq. Trend xəbər verir ki, bu barədə "Mediamaks" agentliyi Ermənistanın Aİ-dəki nümayəndə heyətinə istinadən məlumat yayıb.

Ermənistan hökuməti və ölkənin Aİ-dəki nümayəndə heyəti səkkiz sazişin reallaşdırılmasına başlamaq münasibətilə birgə rəsmi mərasim keçiriblər.

Səkkiz saziş bir sıra sahələrə - Avropa İttifaqı proqramlarının həyata keçirilməsi üzrə alətlərin inkişafı vasitəsilə kənd təsərrüfatından miqrasiya proqramlarına və sərhədləri kompleks idarəetməyə, ərazilərin inkişafına, korrupsiyaya qarşı islahatlara və vətəndaş xidməti sahəsində islahatlara, su təchizatının qaydaya salması üzrə layihələrə, Yerevan metropoliteninin və atom təhlükəsizliyinin yenidən qurulmasına kömək üçün ikitərəfli əməkdaşlığın inkişafını stimullaşdırmağadək istiqamətlənib”.

Ölkənin Aİ-dəki nümayəndə heyətinin rəhbəri Trayan Xristea deyib ki, Ermənistan əhalinin sayına görə “Şərq Tərəfdaşlığı” çərçivəsində Aİ-dən böyük məbləğdə yardım alan ikinci ölkədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR