Biabırçı məğlubiyyətə görə maaşdan imtina etdilər

Biabırçı məğlubiyyətə görə maaşdan imtina etdilər
11:17 28 Oktyabr 2019
106 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında "Lester" önündə darmadağın olan (0:9) "Sauthempton" nümunəvi addımla diqqət çəkib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, komandanın məşqçilər korpusu və futbolçuları maaşlarının bir hissəsindən imtina ediblər.

Belə ki, onlar əməkhaqqılarının müəyyən məbləğini xeyriyyə fonduna bağışlamaq qərarına gəliblər. Klub həmin məbləği yoxsullara kömək edən fonda köçürəcək.

Qeyd edək ki, "Sauthempton" öz meydanında 9 cavabsız top buraxaraq, tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. "Lester" isə Premyer Liqada səfərdə 9 qol vuran ilk klub olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/797665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR