AZAL qış uçuş cədvəlini açıqladı

AZAL qış uçuş cədvəlini açıqladı
12:57 28 Oktyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) oktyabrın 27-i tarixindən etibarən qış uçuş cədvəli qüvvəyə minib.
Bu barədə “Report”a AZAL-dan bildirilib. Qış uçuş cədvəli çərçivəsində Bakıdan aşağıdakı istiqamətlər üzrə birbaşa reyslər həyata keçiriləcək:⠀⠀
- Almatı
- Ankara
- Antalya
- Pekin
- Berlin
- Dubay
- Gəncə
- İstanbul
- Ciddə
- Küveyt
- London
- Milan
- Moskva
- Naxçıvan
- Nyu-York
- Paris
- Sankt-Peterburq
- Tel-Əviv⠀⠀


Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək. Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək. Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azalin-oktyabrin-27-den-etibaren-qis-ucus-cedveli-quvveye-minib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR