Bakı Forumunun hazırlıqları Brüsseldə müzakirə ediləcək

Bakı Forumunun hazırlıqları Brüsseldə müzakirə ediləcək
16:58 16 Yanvar 2015
128 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

III Qlobal Müştərək Cəmiyyətlər Forumunun hazırlıqları Brüsseldə müzakirə ediləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə fevral ayında Brüsseldə IV Ali Səviyyəli toplantı keçiriləcək. Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil edəcəyi toplantıda “Yeni dünya düzənində etimadın yaradılması" mövzusu müzakirə olunacaq.

Ali Səviyyəli toplantının işində Latviya, Serbiya, Bolqarıstan, Xorvatiya, Rumıniya, Albaniya, Ukrayna, Macarıstan və Niderlandın sabiq prezident və baş nazirlərinin, o cümlədən İtaliya və Türkiyənin sabiq xarici işlər nazirlərinin və bir sıra digər nüfuzlu liderlərin iştirakı nəzərdə tutulub.

Toplantıda hazırda dünya üçün təhlükəyə çevrilən terror, xüsusilə də Fransa və Nigeriyada törədilmiş terror hadisələri, münaqişələr və dünyanı narahat edən digər məsələlər müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR