İlk dəfə iki azərbaycanlı model Top5-ə daxil oldular

İlk dəfə iki azərbaycanlı model Top5-ə daxil oldular
16:05 28 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Dünyanın 35 ölkəsinin iştirak etdiyi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Miss & Mister Planet of the World 2019" beynəlxalq gözəllik yarışmasında azərbaycanlı modellər Nigar Həsənzadə və Sirac Bəyalizadə Top 5-ə daxil olublar.

Milli.Az xəbər verir ki, yarışmanın tarixində bu hal ilk dəfə olaraq baş verib.

Sirac Bəyalizadə "Vitse Mister Planet 2019" adına layiq görülüb, Nigar Həsənzadə isə dünya 3-cüsü olub.

"Bu, bizim ölkəmiz üçün çox böyük uğurdur. Bizim modellər beynəlxalq layihələrdə öz mövqelərini gücləndirirlər və bu davamlı olacaq", - layihənin direktoru Pərviz Əzimzadə bildirmişdi.

Oğlanlar arası qalib, Mərkəzi Afrikalı - Aubrey Pieters

Qızlar arası isə Rumıniya təmsilçisi - Denisa Hodisan olmuşdular.

Azərbaycan heyəti:

Layihənin direktoru - Pərviz Əzimzadə

Baş prodüser - Sadiq Cəfərov

Mister Planet 2016/2018 qalibləri - Yusif Cəfərov və Emin Qasımov

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/797765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR