Bunu Azərbaycandan başqa hələ ki, bacaran yoxdur - Qənirə Paşayeva

Bunu Azərbaycandan başqa hələ ki, bacaran yoxdur - Qənirə Paşayeva
17:43 28 Oktyabr 2019
428 Digər
Ölkə mətbuatı
A- A+

“BMT Baş Assambleyasının rəhbəri, BMT baş katibinin müavini, 60-a yaxın ölkənin prezidenti və baş nazirinin Azərbaycanda səfərdə olması Qoşulmama Hərəkatının nə dərəcədə əhəmiyyətli bir platforma olduğunun bariz nümunəsidir”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, Qoşulmama Hərəkatının təməl prinsipləri prezident İlham Əliyevin də çıxışında vurğuladığı kimi, Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür: “Ölkələrin daxili siyasətinə, sərhədlərinə və suverenliyinə hörmət edən Azərbaycanın növbəti 3 il ərzində bu hərəkata sədrlik etməsi, Qoşulmama Hərəkatının imici baxımından əhəmiyyətlidir. Azərbaycanın sədr olması bu təşkilatın beynəlxalq arenada imicinin yüksəlməsinə öz təsirini göstərəcək. Ölkə üçün bu təşkilatın əhəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin daha böyük arenaya təqdim edilməsindədir. Cənab prezident Qoşulmama Hərəkatının açılış nitqində çıxışının üçdə bir hissəsini torpaqlarımızın işğal altında olmasına ayırdı. BMT-nin qətnamələri və bu qətnamələrin tətbiq edilməməsi baxımından maraqlı bir mesaj da verdi. Dedi ki, BMT-də islahatlara ehtiyac var. Eyni zamanda bildirdi ki, bəzi qətnamələr bizim timsalımızda 25 ildir ki, həyata keçirilmir, bəziləri isə bir neçə saata öz həllini tapır”.

Q.Paşayeva qeyd edib ki, Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü, eyni zamanda Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləməsi, ölkəmiz üçün ciddi siyasi hadisədir:

"Azərbaycan kimi təşkilata qoşulub, qısa müddətdə ona sədrlik edən ikinci ölkə yoxdur. Bu da ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/294419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR