Brüsseldə İmadəddin Nəsimiyə həsr olunmuş sərgi keçirilib

Brüsseldə İmadəddin Nəsimiyə həsr olunmuş sərgi keçirilib
01:27 29 Oktyabr 2019
135 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli sərəncamına əsasən dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam etməkdədir.
Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyindən "Report"a verilən məlumata görə, ölkəmizin Belçikadakı əfirliyinin təşkilatçılığı ilə Brüsseldə, BOZAR mədəniyyət mərkəzində dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə dair sərgi təşkil olunub.
Sərgidə dahi İmadəddin Nəsiminin Heydər Əliyev Fondu tərəfindən ingilis dilinə tərcümə edilmiş əsərlərdən ibarət kitabları, həyat və yaradıcılığına dair səfirlik tərəfindən fransız dilində hazırlanmış broşurları sərgilənib. İştirakçılara dahi şair haqqında məlumat verilib.
Sərgi tamaşaçılar tərəfindən geniş maraqla qarşılanıb.




Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/brusselde-i-madeddin-nesimiye-hesr-olunmus-sergi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR