2020-ci ilin yanvar ayında iPhone SE 2-nin istehsalına başlanılacaq

2020-ci ilin yanvar ayında iPhone SE 2-nin istehsalına başlanılacaq
08:32 29 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

İnsayderlər 2020-ci ilin əvvəlində iPhone SE 2 smartfonunun seriya buraxılışının başlayacağı barədə məlumatları səsləndiriblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, çoxdan gözlənilən yeniliyin satışının başlanğıcı mart ayının sonuna qədər keçiriləcək, lakin istehsalçılar cihaz haqqında heç bir ətraflı məlumat açıqlamırlar. İnternet şəbəkədə dəfələrlə üslubca iPhone 8-ə bənzəyən iPhone 2 smartfonunun yeni versiyasının dizaynı barədə fərziyyələr səsləndirib.

Qacetin əsas üstünlüyü, burada məhsuldarlıq səviyyəsinin və parametrlərin iPhone 11 modelinə uyğun olmasıdır. Smartfonun "ürəyi" kimi Apple A13 Bionic çipi ilə 3 GB operativ yaddaş çıxış edəcək. Həmçinin, yenilik kompakt 4,7 düym yüksək göstəricili ekran alacaq. Smartfonun qiyməti təxminən 400 dollar təşkil edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/797247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR