MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçiriləcək iclasının proqramı açıqlanıb

MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçiriləcək iclasının proqramı açıqlanıb
10:02 29 Oktyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcək.
İclasda "Beynəlxalq Ordu Oyunları-2019"un yekunları müzakirə olunacaq, Birlik ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, "Elmə başlanğıc" İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçiriləcək.
Eyni zamanda Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.
İclasda bir sıra maliyyə, kadr və təşkilati məsələlərə də baxılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/mdb-mudafie-nazirleri-surasinin-bakida-kecirilecek-iclasinin-proqrami

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR