"Bilinməz" kitabının təqdimatı olub

"Bilinməz" kitabının təqdimatı olub.

Metbuat.az bildirir ki, Oktyabrın 27-si "Loqos psixoloji təlim və tədris mərkəzin"in dəstəyi ilə gənc yazıçı Nurlan Suvarovun "Bilinməz" kitabının təqdimatı keçirilib.

Təqdimata "Hədəf nəşriyyatı"nın baş redaktoru Səbuhi Şahmursoy moderatorluq edib. O, müsair Azərbaycan ədəbiyyatının probləmlərindən söhbət açıb. İştirakçılar kitabla bağlı yazıçıya öz suallarını ünvanlayıblar.

Qeyd edək ki, gənc yazıçı Nurlan Suvarovun " Bilinməz " adlı kitabında son illərdə yazdığı hekayə və məqalələr yer alıb. İnsan şəxsiyyətinə indivudual yanaşma,psixoloji çəkişmələr,daxili səadətin axtarışı, cəmiyyətin daşlaşmış ehkamlar arasında özünü itirən insan taleyi, çözülməz dilemmalar, sevgi və ülviyyət kimi mövzular bu hekayənin qayəsini təşkil edir. Elmi-kütləvi janrda olan məqalələr isə əsasən elmin tarixi xronikası şəklində yazılıb.

Sonda yazıçı gələn qonaqlara və təşkilati dəstəyə görə "Loqos psixoloji təlim və tədris mərkəzi"nə öz təşəkkürünü bildirib, oxucular üçün kitabları imzalayıb.

Tədbirdən fotoları təqdim edirik:






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR