Türk kinosunun ulduzları Bakıya toplaşır - VİDEO

Türk kinosunun ulduzları Bakıya toplaşır - VİDEO
17:05 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzində “ulduz paradı” davam edir.

Milli və xarici filmlərin qala-gecələrinin nömrə 1 məkanı olan Nizami Kino Mərkəzi növbəti “ulduz paradı”na hazırlaşır. Bu barədə Milli.Az-a Nizami Kino Mərkəzinin mətbuat xidmətindən məlumat veriblər.

Yanvarın 29-da Türkiyənin ən məşhur aktyorları –“Möhtəşəm yüz il” serialının “Malkoçoglu”su (Burak Özçivit) və “Sünbül ağa”sı (Selim Bayraktar), həmçinin cazibədar Fahriye Evcen “Aşk sana benzer” filminin qala – gecəsinə qatılmaq üçün Nizami Kino Mərkəzinə gələcəklər.

Ceylan Güzelce
nin ssenarisi əsasında rejissor A.Taner Elhanın lentə aldığı bu romantik dram bir balıqçı qəsəbəsində başlayan məhəbbət hekayəsindən bəhs edir. Ailəsindən qalan restoranı ayaqda saxlamaq üçün çarpışan Əli bir gün qəsəbəyə yeni gəlmiş gözəl qızla – Denizlə qarşılaşır. İlk baxışdan bir-birlərindən xoşlanan gənclərin sevgisinə yaxın bir vaxtda bütün qəsəbə şahid olur. Amma Denizin keçmişindən gələn biri onların eşqinə mane olmağa çalışır...

Qala–gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Fahriye Evcen, Burak Özçivit, Selim Bayraktar filmin rejissoru A.Taner Elhan və yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.

Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Teymur Hacıyev
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/319431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR