Gürcüstanın ədliyyə naziri azərbaycanlılarla görüşüb

Gürcüstanın ədliyyə naziri azərbaycanlılarla görüşüb
12:37 29 Oktyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, nazir səfər çərçivəsində rayonun Qaçağan kəndində inşa olunan ictimai mərkəzə baş çəkib.
T.Tsulukiani inşaat işləri ilə tanış olub. İctimai mərkəzin ilin sonuna qədər açılması nzərdə tutulub.
Nazir bildirib ki, etnik azlıqların məskunlaşdığı böyük kəndlərdə ictimai mərkəzlərin tikilməsi əsas prioritetlərdən biridir.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, ictimai mərkəz Qaçağan və altı qonşu kənd – Təkəli, Xancığazlı, Ağməmmədli, Qasımlı, Ulaşlı, Kirəç Muğanlının 20 minə yaxın sakininə xidmət göstərəcək. Vətəndaşlar mərkəzdə rahat şəraitdə dövlət və özəl sektorlar üzrə 200-dən çox xidmətdən yararlana biləcəklər.
İctimai mərkəz həmçinin müasir kitabxana və konfrans zalla da təmin ediləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/gurcustanin-edliyye-naziri-azerbaycanlilarla-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR