Bakıya daha 10 avtobus gətirildi - Bu marşrut xəttinə veriləcək - FOTO

Bakıya daha 10 avtobus gətirildi - Bu marşrut xəttinə veriləcək - FOTO
14:12 29 Oktyabr 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən "General Avto Kompani" firması tərəfindən 10 ədəd yeni "İsuzu Citibus" markalı avtobus gətirilib. "Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.

Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/797741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR