“CinemaPlus”da “Zombilənd: Nəzarət atəşi” filminə uyğun video çəkilib

“CinemaPlus”da “Zombilənd: Nəzarət atəşi” filminə uyğun video çəkilib
16:57 29 Oktyabr 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

“CinemaPlus” kinoteatrı sosial şəbəkələrdə böyük marağa səbəb olan “Zombilənd: Nəzarət atəşi” filminə uyğun video çəkib.
Kinoteatrdan "Report"a verilən məlumata görə, ikinci film izləyiciyə yeni bir obraz göstərəcək.
Ekran əsərinin sujet xəttinə əsasən, Tallahesse cəmiyyətdə qəbul olunan qaydaların pozulmaması üçün təhlükəli düşmənlə şiddətli mübarizəyə çox vaxt sərf edəcək. Lakin o, ciddi qisas ala biləcəyini gözləmirdi, sonra isə qəhrəmana çevrilir.  
Filmin rejisoru Ruben Fleyşerdir. Baş rollarda Cessi Eyzenberq, Vudi Harrelson, Emma Stoun, Abigail Breslin, Rozario Douson, Zoi Doyç, Bill Mürrey, Den Aykroyd, Lyuk Uilson və Evan Coqia çəkilib.  
“CinemaPlus” çəkilişlərə dəstək göstərən “Light in Black”, “Astral” və “Paranormal Baku” kvestlərinə təşəkkürünü bildirib.



Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/cinemaplus-da-zombilend-nezaret-atesi-filmine-uygun-video-cekilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR