Türkiyə superliqasında növbəti istefa - Baş məşqçi getdi

Türkiyə superliqasında növbəti istefa - Baş məşqçi getdi
16:58 29 Oktyabr 2019
109 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə superliqasında növbəti istefa reallaşıb.

Publika.az xəbər verir ki, "Göztepe" komandasının baş məşqçisi Tamer Tuna postundan getdiyini bəyan edib. Komandanın uğursuzluq zolağından çıxa bilməməsi və son olaraq öz meydanında "Kasımpaşa"ya 1-4 hesabı ilə məğlub olmasını əsas gətirən baş məşqçi ərizəsini rəhbərliyə təqdim edib.

Qeyd edək ki, "Göztepe" klubu İzmir şəhərinin Türkiyə çempionatındakı yeganə təmsilçisidir. Tamer Tuna bu koamda ilə daha əvvəl yüksək yerlər uğurunda mübarizə aparmışdı və onun "Göztepe"dəki ikinci iş dönəmi uğursuz başa çatmış oldu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/294518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR