Nazir Fuad Məmmədovla görüşdü - FOTO

Nazir Fuad Məmmədovla görüşdü - FOTO
22:38 29 Oktyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 29-da “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov və “Simurq” Mədəniyyət Assosiasiyasının rəhbəri, kulturoloq, professor Fuad Məmmədov ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə 28 oktyabr tarixində “Simurq” Mədəniyyət Assosiasiyası təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən “Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” adlı Beynəlxalq konfrans haqqında məlumat verilib.

Konfransın moderatorlarından biri – “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov milli mədəniyyətin və mənəviyyatın inkişafında mühüm töhfələrinə, Azərbaycan xalqının çoxəsrlik ənənələrinin qorunmasına, sülh və inkişaf naminə humanizm, sivilizasiyalararası dialoqun həyata keçirilməsində aktiv fəaliyyətinə görə mədəniyyət naziri Əbülfəs Qarayevin təşkilat tərəfindən “Sülhməramlı” nominasiyasında “Roza mira” qızıl medalına layiq görüldüyünü bildirib və medalı nazirə təqdim edib.

Nazir göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu kimi tədbirlərin ölkəmizdə keçirilməsinə hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb.

Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin, bu çərçivədə Mədəniyyət Nazirliyinin iştirakı ilə həyata keçirilən beynəlxalq layihə və tədbirlərin xalqların və sivilizasiyaların dialoquna verdiyi xüsusi töhfədən danışıb.

“Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.

Kulturoloq, professor Fuad Məmmədov beynəlxalq konfransın təşkilində nazirlik tərəfindən göstərilən dəstəyə və qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/294546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR