Telefonda oyun oynayan kişinin bir gözü insult oldu

Telefonda oyun oynayan kişinin bir gözü insult oldu
23:27 29 Oktyabr 2019
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

Smartfonda günün çox vaxtını oyun oynamaqla keçirən kişinin bir gözünün damarında insult baş verib və o, görməsini itirib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, tibbi klinik hafisə Çinin Şyansi şəhərində baş verib.

Van adlı gənc kişi gecə yatanda da yataqda qaranlıq otaqda videooyunlar oynayırdı. Daha çox sağ gözü ilə ekrama baxan kişi bir gün həmin gözün tam tutulduğunu hiss edir.

Xəstəxanaya gedən pasiyenti müayinə edən həkimlər smartfona çox baxmaqla həmin gözün yüksək təzyiq gördüyünü, gərginləşdiyini və nəticədə torlu qişanın mərkəzi arteriyasının okkluziyasının baş verdiyini bildirib.

Bu çox nadir rast gəlinən ğağır patologiyadır və korluqla nəticələnir.

Amerikalı mütəxəssislər isə xəstənin göz miqreni zamanı telefona çox baxması nəticəsində damarların spazmının baş verdiyini də güman edirlər.

Bir nöqtəyə baxan gərgin gözdə damar insultu baş verir. Çox güman ki, kişinin ürək-damar sistemi ilə də problemi varmış.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/798123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR