3 nəfəri öldürüb yeyən qatil:

Rusiyada cinayətdə təqsirləndirilən şübhəli pişik, it və insanları öldürüb yediyini etiraf edib.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, Rusiyanın Arxangelsk şəhərində 2016-2017-ci illərdə 3 nəfərin itkin düşməsinə görə başlatılan əməliyyatda 51 yaşlı şəxs hadisədən 3 il sonra saxlanılıb. O, polisə ilk ifadəsində həmin 3 nəfəri bıçaqlayaraq öldürdüyünü deyib. Qatil cəsədləri basdırdığı yerləri polisə bildirdikdən sonra həmin yerlər tapılıb, qazılan yerlərdən həmin şəxslərin sümükləri, həmçinin it və pişik skeletləri də çıxıb. Bundan sonra qatil bıçaqladığı 3 nəfəri parçalara bölərək yerdiyini, daha sonra qalıqlarını basdırdığını etiraf edib.

Həmçinin o, zaman-zaman it və pişikləri tutub öldürdüyünü və yediyini deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR