“Bakcell” şirkəti “Rəqəmsal kənd” layihəsinə dəstək verir

“Bakcell” şirkəti “Rəqəmsal kənd” layihəsinə dəstək verir
17:11 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti, “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası ilə birlikdə “Rəqəmsal kənd” layihəsinin icrasına başlayıb. 
 
Layihənin məqsədi “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının himayəsində yaşayan uşaqların müasir informasiya-kommunikasiya texnologiyalarından və İnternet resurslarından istifadəsinə şərait yaratmaqdır. Layihə uşaqların İnternet məkanından resurs kimi istifadə edərək lazımi məlumatlara çıxışını təmin edəcək, həmçinin onlara ev tapşırıqlarını yerinə yetirmək və əlavə biliklər əldə etməkdə dəstək olacaq.   
 
Bu məqsədlə “Bakcell” şirkəti Bakı və Gəncə şəhərində yerləşən SOS kəndlərində uşaqların yaşadığı bütün evləri ən yeni kompüter avadanlığı ilə təchiz edib. Hər iki uşaq kəndində “Wi-Fi” infrastrukturu qurulub. Bununla yanaşı, uşaqların İnternetə təhlükəsiz çıxışını təmin etmək məqsədilə məzmunun filtrlənməsi həyata keçirilib.
 
“Rəqəmsal kənd” layihəsi “SOS Uşaq Kəndləri”nin fəaliyyət göstərdiyi bütün ölkələrdə həyata keçirilir.
 
Qeyd edək ki, “SOS”-la “Bakcell” şirkəti arasında əməkdaşlıq 2009-cu ildən başlayıb. “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində indiyə kimi 4 birgə layihə həyata keçirilib.
 
RƏVAN
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR