Türkiyədən qondarma erməni soyqırımı ilə bağlı qərara cavab -

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hülusi Akar mediaya ABŞ Təmsilçilər Məclisində qondarma erməni soyqırımı ilə bağlı yeni qanun qəbul edilməsi ilə bağlı açıqlama veriblər.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu qanunun qəbul edilməsinin qəribə olduğunu deyən Çavuşoğlu bildirib:

"Qondarma soyqırımla bağlı qərar bəzi media orqanlarında da yer alır. Qanun layihəsi deyil, bir qərardır. Alınan qərara göz yuman deyilik, reaksiyamızı ortaya qoymuşuq."

Türkiyəyə qarşı alınan qərarların səbəbinin Türkiyənin Suriyada oyunu pozması olduğunu deyən Çavuşoğlu qeyd edib ki, bu bir intiqamdır:

"Orada bir terror dövləti qurulmaq istənilirdi. Atdığımız addımlarla, etdiyimiz həmlələrlə əvvəlsə bölgədə, sonra masada həm ABŞ, həm də Rusiya ilə əldə etdiyimiz razılaşmalarla bu oyunu pozduq. Bunun intiqamını almağa çalışırlar. Başqa izahı yoxdur".

Türkiyə Müdafiə naziri Hülusi Akar isə məsələ ilə bağlı bunları deyib:

"Bu müttəfiqlik ruhuna, ittifaqdakı çalışmalarmıza, bərabər həyata keçirdiyimiz əməliyyatlara son dərəcə zidd bir şeydir. Suveren və müstəqil düşünə bilən amerikalıların konqresi bu qərarından döndürəcəklərinə inanıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR