Ərdoğan ABŞ Nümayəndələr Palatasının "erməni soyqırımı" ilə bağlı qərarına münasibət bildirib

Ərdoğan ABŞ Nümayəndələr Palatasının "erməni soyqırımı" ilə bağlı qərarına münasibət bildirib
14:42 30 Oktyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

“Türkiyə yeni bir istiqlal mübarizəsi aparır, zəfərə doğru addım-addım irəliləyirik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. 
Türkiyə Prezidenti xəbərdarlıq edərək deyib ki, terror balonu nə zamansa erməni terrorunu, PKK-nı dəstəkləyənlərin əlində partlayacaq: “Qısa müddətdə əldə etdiyimiz uğur bəzilərinin təşvişə düşməsinə səbəb olub. 20 şəhidimiz var. Qərbdən olan heç bir dövlət şəhidlərimizlə bağlı bizə başsağlığı vermədi. Antiterror əməliyyatı nəticəsində isə 900-dən çox terrorçunu zərəsizləşdirmişik. Qərbdən olanlar bizdən davamlı olaraq soruşurlar: “Orada nə qədər qalacaqsınız?” Mən də onlardan soruşuram: “Siz nə vaxt çıxacaqsınız?”
R.T.Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Pensin Türkiyə səfəri zamanı əldə edilən razılaşmadan da danışıb, eyni zamanda ABŞ-ın Nümayəndələr Palatasında Türkiyə əleyhinə qəbul olunan qətnamələrə münasibət bildirib: "Oktyabrın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb özləri oynaycaqlar".

Xəbərin orijinal ünvanı: https://report.az/region/erdogan-turkiye-yeni-bir-istiqalal-mubarizesi-aparir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR