Azərbaycandan ABŞ-a SƏRT ETİRAZ: Qondarma erməni soyqırımı qətnaməsi qərəzlidir

Azərbaycandan ABŞ-a SƏRT ETİRAZ: Qondarma erməni soyqırımı qətnaməsi qərəzlidir
16:03 30 Oktyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik.

Publika.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib:

"Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır".

Ermənistan və erməni lobbi dairələri qondarma erməni soyqırımını siyasi möhtəkirlik obyektinə çeviriblər. Onlar bu məqsədlə ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Ona görə də Ermənistan həmin dövrün hadisələrinin Birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etmir.

Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/294622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR