Oğuzda 6-cı sinif şagirdi məktəbdə ağır xəsarət alıb

Oğuzda 6-cı sinif şagirdi məktəbdə ağır xəsarət alıb
16:27 30 Oktyabr 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Oğuz rayonu 3 saylı orta məktəbdə baş verib.

Məktəbin 6-cı sinif şagirdi, 2008-ci il təvəllüdlü Elnarə Şəfiyeva idman dərsi zamanı stadionda qapı dirəyinə çırpılıb. Hadisə nəticəsində şagird kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Hazırda şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/798327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR