Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb
16:42 30 Oktyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 243 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur.
Kredit qoyuluşunun 11 452,3 milyon manatı və yaxud 80,4%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 14% çoxdur. Son 1 ildə özəl bankların kredit qoyuluşundakı xüsusi çəkisi isə 81,6%-dən 80,4%-ə düşüb.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 419,8 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 30,2% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 15,1%-dən 17%-ə çatıb.
Sentyabrın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 370,9 milyon manat olub. Bu isə illik müqayisədə 7,5% azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 3,3%-dən 2,6%-ə düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-dovlet-banklari-kredit-qoyulusunda-payini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR