Ekspert: "Süni intellekt”in tətbiqi bankların ön ofisdə işləyən əməkdaşlarının yarısının ixtisarına səbəb ola bilər”

Ekspert: "Süni intellekt”in tətbiqi bankların ön ofisdə işləyən əməkdaşlarının yarısının ixtisarına səbəb ola bilər”
16:52 30 Oktyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan bankları ya “süni intellekt"lə bağlı mütəxəssis tapa bilmir, ya da rəhbərlik səviyyəsində “süni intellekt”i düzgün başa düşmürlər. Yəni, sadəcə rəhbərlik deyir ki, belə edin və “süni intellekt” mütəxəssislərinə araşdırma aparmağa, düzgün nəticə çıxarmağa imkan yaratmırlar. Ona görə də layihələrin çoxu uğursuzluqla nəticələnir”. 
Bunu “Report”a açıqlamasında DATA mütəxəssisi və risk meneceri Kamil Ələsgərov deyib.
Onun sözlərinə görə, qeyd edilən texnologiyanın tətbiqi bank sahəsində işsizliyə gətirib-çıxara bilər: “Yeni sistemlər əvvəlki sistemlərdən fərqli olaraq müştəri məlumatları əsasında analizlər aparır və onun davranışlarını, potensial ödəmə və yaxud borc qaytarma imkanlarını müəyyən edir. Fiziki olaraq bankda mütəxəssislərin bunu etməsi mümkün deyil. Bir çox banklar deyir ki, bu, işsizlik problemi yaratmayacaq. Amma mən əminəm ki, aşağı səviyyəli işlər yəni daha çox texniki-rutin (təkrarlanan) işlər "süni intellekt"lə əvəz oluna bilər. Dünyada artıq bu baş verir. Amma Azərbaycanla bağlı bunu demək hələ ki, tezdir. Çünki bu, ölkəyə bağlı olan məsələlərdir. Bank sektorunda işləri 3 hissəyə - ön, orta və arxa ofisə bölmək olar. Ön ofisdə çalışan əməkdaşlar birbaşa müştərilərlə təmasdadır. Konservativ hesablamalara əsaslanıb ön ofisdə çalışan işçilərin təxminən 50%-ni əvəzləmək olar. Yəni, "Süni intellekt”in tətbiqi bankların ön ofisdə işləyən əməkdaşlarının yarısının ixtisarına səbəb ola bilər”, - deyə o, qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/banklarin-on-ofisde-isleyen-emekdaslarinin-yarisi-ixtisar-oluna-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR