"Neftçi"nin sabiq futbolçusu "Fənərbaxça"nın hədəfində

"Neftçi"nin sabiq futbolçusu "Fənərbaxça"nın hədəfində
19:32 30 Oktyabr 2019
121 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Fənərbaxça" klubu "Rizəspor"un müdafiəçisi Dario Melnyakı transfer etmək istəyir.

Milli.Az xəbər verir ki, baş məşqçi Ərsun Yanalın tələbi ilə İstanbul təmsilçisi xorvatiyalı futbolçunu qışda transfer etməyə çalışacaq.

"Rizəspor" müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə yeni sözləşmə imzalamaq fikrindədir. Rizəlilər sərfəli təklifləri dəyərləndirməyə hazırdır.

"Neftçi" Melnyakı 2016-cı ilin yayında Belçikanın "Lokeren" klubundan bir illik icarəyə götürmüşdü. "Ağ-qaralar"da 10 oyun keçirən Xorvatiya millisinin üzvü ilə müqavilə altı ay sonra xitam verilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/798384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR