Ərəb koalisiyasına zərbə: bu ölkə Yəməndən çıxır

Ərəb koalisiyasına zərbə: bu ölkə Yəməndən çıxır
20:48 30 Oktyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Sudan hərbi kontingentini bu gündən Yəməndən çıxartmağa başlayır.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Sudan Suveren Keçid Şurasının sədrinin müavini Məhəmməd Xamdan Daqalo bildirib.

O, daha əvvəl dəfələrlə bildirib ki, Sudan hərbçilərinin Yəmən ərazisində olması ölkənin nüfuzuna ciddi zərbə vurur.

Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqust ayından Husi qiyamçıları ilə hökumət gücləri arasında qarşıdurma davam edir. Qarşıdurma 2015-ci ilin martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın müdaxiləsi ilə aktiv mərhələyə keçib. Koalisiyaya Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan qoşulub.

Artıq 2015-ci ildə Sudan Səudiyyə Ərəbistanının xahişi ilə quru əməliyyatında iştirak üçün Yəmənə hərbçilərini göndərib. Hazırda Yəmən ərazisində Sudan hərbi kontingentinin tərkibi bir neçə min hərbi qulluqçu təşkil edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/294649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR