İran İraqla sərhəd qapılarını BAĞLADI

İran, İraqla sərhəddə yerləşən Mərhan keçid məntəqəsini bağlayıb.

Metbuat.az Təsnim agentliyinə istinadən xəbər verir ki, sərhəd qapısının bağlanmasına səbəb İraqdakı etiraz aksiyalarıdır. Qeyd edək ki, bundan əvvəl İran Husrəvi və Cəzzabə sərhəd qapılarını bağlayıb.

Xatırladaq ki, İraqda etiraz aksiyaları oktyabr ayının 1-də başlayıb.

Hökumət bəzi güzəştlərə gedəndən sonra nümayişlər səngisə də, 5 gün əvvəl yenidən şiddətlənib. 200-dən çox insan həyatını itirib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR