"Game of Thrones"un istehsalçısından ŞAD XƏBƏR: yeni serial gəlir

"Game of Thrones"un istehsalçısından ŞAD XƏBƏR: yeni serial gəlir
23:12 30 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Dünya miqyasında milyonlarla insan tərəfindən izlənən "Game of Thrones"un (Taxtların oyunu) istehsalçı firması HBO yeni serialın elanını verib.

Milli.Az xəbər verir ki, yeni serial Taxtların oyunundakı hadisələrdən 300 il əvvəl yaşananlardan bəhs edəcək.

"House of the Dragon" (Əjdahanın Evi) adı verilən yeni serialın ssenaristləri arasında "Game of Thrones" kitablarının yazarı Corc RR Martin də yer alıb.

Serialın yayım tarixi haqqında məlumat verilməyib.

Bu açıqlamadan bir neçə saat əvvəl ABŞ mətbuatında dərc olunan xəbərlərdə bu ilin yay aylarında elan edilən və "Oskar"a namizəd göstərilən Naomi Vatsın da heyətində olduğu serialın ləğv edildiyi açıqlanmışdı. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/seriallar/798348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR