Dünya Bankının missiyası AzTU-da - FOTO

Dünya Bankının missiyası AzTU-da - FOTO
08:52 31 Oktyabr 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Bankının   "Azərbaycanda dəmir yolu və logistikanın inkışafı" layihəsini reallaşdırmaq üzrə hazırlıqlara başlayan missiyası ilə görüş keçirilib.

Missiyanın üzvləri - Dünya Bankının Nəqliyyat və İKT Departamentinin infrastruktur üzrə baş mütəxəssisi Nicat  Vəliyev, "Transport Europe" sektorunun nəqliyyat üzrə baş iqtisadçısı Viktor A. Araqones və  gender üzrə mütəxəssisi Nato Kurşitaşvili layihənin təşəbbüsçüsünün "Azərbaycan Dəmir Yolları" QSC-nin olduğunu  bildirərək qeyd ediblər ki,  onun komponentlərindən biri dəmir yolu və logistika sahəsində kadr potensialını, mütəxəssis hazırlığını gücləndirməklə bağlıdır. Missiya  bu istiqamətdə AzTU-nun imkanlarını dəyərləndirmək  niyyətini açıqlayıb.

Univerisitetdən Milli.Az-a verilən məlumata görə, Görüşdə AzTU-nun rektoru, professor Vilayət Vəliyev  son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməsi yolunda atılan addımlardan danışaraq qeyd edib ki, əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturunun qlobal çağırışlara uyğun qurulması sahəsində görülən işlər ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadəyə imkanlar açır. "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"nin hədəflərindən biri ölkəmizin  beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilməsidir.

Rektor AzTU-nun Azərbaycanda nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən və kadr hazırlayan yeganə ali təhsil ocağı olduğunu,  bu yaxınlarda universitetdə ölkə ali məktəbləri praktikasında ilk olan "Nəqliyyat və logistika fakültəsi"nin yaradıldığını vurğulayıb.

Maraqlıdır ki,  logistika sahəsində kadr problemi olduğunu deyən Viktor A. Araqones görüşdə logistika ixtisası ilə bağlı müzakirə açmağı planlaşdırdıqlarını  və AzTU-da artıq belə fakültənin açılmasından məmnun qaldıqlarını bildirib.

Professor V.Vəliyev qonaqların diqqətinə çatdırıb ki, rəhbərlik etdiyi universitetin iqtisadiyyatın müxtəlif  sahələri üçün kadr hazırlamaqla bağlı ciddi potensialı var. AzTU-nun  bir ay əvvəl müəyyənləşdirdiyi elmi araşdırma istiqamətləri sırasında logistika sisteminin qurulması və tranzit yükdaşımaları mövzuları da var.

Missiya üzvləri görüşdə  layihə üzrə ilkin hazırlıqlar barədə geniş məlumat veriblər. Qeyd edilib ki, Azəbaycanda bütün nəqliyyat növləri üzrə kadr potensialını artırmaq, maarifləndirməni  gücləndirmək, bu işləri, o cümlədən logistikanı beynəlxalq səviyyəyə çatdırmaq lazımdır.

Görüşdə layihə üzrə əməkdaşlığın forma, mexanizm və istiqamətləri ətrafında müzakirələr aparılıb,  işbirliyi üçün AzTU-nun geniş imkanlara sahib olduğu qeyd edilib.

Gender üzrə mütəxəssis Nato Kurşitaşvili  Azərbaycanın nəqliyyat sektorunda gender bərabərliyinə dair fikirlərini bölüşüb və  Dünya Bankının öz layihələrinin icrasında bu məsələni diqqət mərkəzində saxladığını qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/798444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR