Şəhidlərin xatirəsi hər zaman yad olunacaq

17:13 16 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, Zərəngiz Mansurova, AzərTAc
Yanvarın 16-da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Şəhid xiyabanına gələrək 20 Yanvar faciəsində həlak olanların məzarları üstünə tər qərənfillər düzüblər.
Sonra İctimai Birliyin ofisində davam etdirilən tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin sədri Qəmbər Şəmşiroğlu 20 Yanvar faciəsinin xalqımıza və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olduğunu vurğulayıb. Natiq xalqımızın başına gətirilən bu dəhşətli faciənin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən kəskin pislənilməsi və dünya ictimaiyyətinə çatdırılması, Ümummilli Liderin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini bildirib.
Tədbirdə çıxış edən digər natiqlər müstəqilliyimiz uğrunda canlarını fəda etmiş şəhid balaların xatirəsinin əbədi yaşayacağını söyləyiblər. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş şeirlər səsləndirilib.
Tədbirdə şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR