Bu havada nəfəs almaq siqaretdən 350 qat daha təhlükəlidir - Ekspert

Bu havada nəfəs almaq siqaretdən 350 qat daha təhlükəlidir - Ekspert
12:38 31 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bir çox insanlar yandırılmış xəzəl qoxusundan xüsusi zövq alır. Lakin məlum olub ki, bu, sağlamlığa ciddi ziyan vurur.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ekoloq Svetlana Berzina saralmış payız yarpaqlarının yandırılması zamanı meydana gələn hava tullantılarının siqaret tüstüsündən 350 qat daha zərərli olmasını bildirib.

Bəs niyə bu qədər təhlükəlidir?

İş ondadır ki, xəzəllər nəm şəkildə yandırıldıqda tüstüləyir. Bu isə dəm qazıdır. Ancaq bundan əlavə benzopiren kimi kanserogen maddə meydana gəlir. Məlum olduğu kimi kanserogen maddələr xərçəng riskini artıra bilər.

Bir ton zibil yandırılırsa, havada 30 kq-dan çox zərərli kimyəvi maddələr əmələ gəlir. Müvafiq hava şəraiti olmadıqda onlar itmir. Dolayısı ilə bu komponentlər torpağa nüfuz edir, yeri və suyu çirkləndirir.

Siqaretin təhlükəsi haqqında hamımız bilirik. Ancaq həqiqət budur ki, əgər xəzəllərin yandığı tonqalın yanında olsanız və bu hava ilə nəfəs alsanız - bu, siqaretdən 350 dəfə daha təhlükəlidir.

Təəssüf ki, yarpaqların yandırılması adi hal kimi qəbul edilir. Hətta məşhur rəvayət var: yarpaqları yandırsan, torpaq daha münbit olacaq. Lakin mütəxəssislər bunun belə olmadığını deyir. Bu nəinki havanı korlayır, həm də ağciyərlərinizə zərər verir.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/294688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR