Bakıda iki sərnişin avtobusu toqquşub, 7 nəfər yaralanıb

Bakıda iki sərnişin avtobusu toqquşub, 7 nəfər yaralanıb
15:32 31 Oktyabr 2019
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki sərnişin avtobusu toqquşub.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.
Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır.
Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb.
Səhiyyə Nazirliyi “Report”a faktı təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-iki-sernisin-avtobusu-qeza-toredib-6-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR