Məhkəmə bp-nin neft sızmasına görə ödəyəcəyi cəriməni 13,7 milyard dollaradək azaltdı

Məhkəmə bp-nin neft sızmasına görə ödəyəcəyi cəriməni 13,7 milyard dollaradək azaltdı
17:13 16 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
ABŞ-ın Luiziana ştatındakı Yeni Orlean şəhər məhkəməsi Britaniyanın bp korporasiyasının 2010-cu ildə Meksika körfəzində neft sızmasına görə ödəyəcəyi cərimənin 13,7 milyard dolları keçməyəcəyi barədə qərar qəbul edib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hakim Karl Barbyö korporasiyanın ucbatından körfəzə 3,19 milyon barrel neft sızdığını deyib. Beləliklə də o, ABŞ hökuməti nümayəndələrinin sızan neftin 4,2 milyon barrel olması barədə iddialarının əsassız olduğunu bildirib. Bu halda şirkət 18 milyard dollara qədər cərimə ödəyə bilərdi.
Məhkəmə sızan neftin hər barrelinə 4,3 min dollar cərimə təyin edib. Bununla yanaşı, cərimənin ümumi məbləğinə bir çox faktor, o cümlədən kompaniyanın ətraf mühitə dəyən zərərin azaldılması üçün gördüyü tədbirlər də təsir göstərir.
Gələn həftə Yeni Orlean şəhərində məhkəmə prosesinin növbəti mərhələsi keçiriləcək. Kompaniya səbəb olduğu miqyaslı ekoloji fəlakəti aradan qaldırmaq məqsədi ilə artıq 28 milyard dollara qədər vəsait xərcləyib.
Qeyd edək ki, 2010-cu ilin aprel ayında bp-nin Meksika körfəzindəki “Macondo” yatağında qazıntı işləri apardığı Deepwater Horizon platformasında partlayış baş vermiş və nəticədə 11 nəfər həyatını itirmişdi. Körfəzə neft sızmasının qarşısını isə yalnız 3 aydan sonra almaq mümkün olmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR