Yevlaxın 38 yaşlı icra başçısı kimdir? - DOSYE

Prezident İlham Əliyev Tağıyev Anar Aqil oğlunun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.

Metbuat.az yeni icra başçısı haqqında məlumatı təqdim edir:

Tağıyev Anar Aqil oğlu 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.

Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən bu günə qədər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR