Sərxoş halda ciddi zədə alan kapitanla müqavilə ləğv edildi

Sərxoş halda ciddi zədə alan kapitanla müqavilə ləğv edildi
19:32 31 Oktyabr 2019
126 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Çempionşipində çıxış edən "Derbi Kounti" klubu kapitan Riçard Kio ilə müqaviləni ləğv edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı müdafiəçinin sərxoş halda avtomobil idarə edən zaman qəzada dizini zədələməsi və 15 ay müddətinə sıradan çıxmasıdır.

Kio 14 gün ərzində klubun qərarından apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, 2012-ci ildən "Derbi Kounti"nin formasını geyinən Riçard Kio komanda ilə birgə şam yeməyindən sonra qəzaya düşüb. Həmin vaxt onunla yanaşı, daha 2 futbolçunun spirtli içki qəbul etdiyi bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/798705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR